AZ

Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri bilindi

Sumqayıtda 2014-cü il təvəllüdlü və daha azyaşlı idmançılar arasında keçirilən stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşib.

Fanat.Az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər.

100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutublar.

Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olublar.

Fərqlənən idmançılara Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.

Seçilən
4
6
fanat.az

8Mənbələr