AZ

Bayden 37 ölüm cəzasını ömürlük həbslə əvəzlədi

ABŞ prezidenti Co Bayden ölüm cəzasına məhkum edilmiş 40 nəfərdən 37-sinin cəzasını ömürlük həbsə dəyişdi.

Musavat.com xəbər verir ki, bu qərar, Donald Trampın yenidən prezident seçilməsi halında edamların qarşısını almaq məqsədilə qəbul edilib.

Ömürlük həbsə məhkum edilənlər arasında polis və hərbçilərin qətlində, federal torpaqlarda cinayətlərdə, ölümcül bank qarətləri və narkotik sövdələşmələrində iştirak edənlər, habelə federal müəssisələrdə mühafizəçiləri və məhbusları öldürən şəxslər var.

Hazırda ABŞ-da ölüm cəzasını gözləyən yalnız üç nəfər qalıb:

  • 2015-ci ildə irqi nifrət zəminində South Carolina ştatında Mother Emanuel AME kilsəsində doqquz qaradərili şəxsi öldürən Dilan Ruf;
  • 2013-cü il Boston Marafonu terror aktının iştirakçısı Cohar Tsarnaev;
  • 2018-ci ildə Pittsburqda Tree of Life sinaqoqunda 11 nəfəri öldürərək ABŞ tarixində ən ağır antisemit hücumu törədən Robert Bauers.

Baydenin bu addımı insan haqları müdafiəçiləri tərəfindən dəstəklənsə də, cəmiyyətin müxtəlif dairələrində müzakirələrə səbəb olub.

Seçilən
12
36
musavat.com

10Mənbələr