AZ

Ankara ilə Dəməşq terrorçulara qarşı birgə əməliyyatlar keçirməyə hazırlaşır

Əgər Suriyada olan kürd yaraqlılar silahı yerə qoymaqdan imtina edərsə, Ankara və Dəməşq onlara qarşı birgə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.

Xezerxeber.az Türkiyənin "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hakimiyyətinə yaxın mənbədən məlumat verilib.

Belə ki, Suriyada müvəqqəti hökumət qurulduqdan dərhal sonra PKK (Kürdüstanın Fəhlə Partiyası) və İŞİD (İraq Şam İslam Dövləti) kimi terror təşkilatlarına silahlarını yerə qoymaq barədə çağırış ediləcək.

"Əgər silahlı qruplaşmaların cavabı mənfi olarsa, Suriya ordusu və Türkiyə silahlı qüvvələri ərazilərin azad edilməsi üçün birgə hərəkətlərə başlayacaq", - deyə mənbə vurğulayıb.

Seçilən
5
50
xezerxeber.az

10Mənbələr