AZ

FHN 63,9 milyonluq gəmi alır

Image

Fövqəladə Hallar Nazirliyi (FHN) Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) xüsusi təyinatlı gəmi alır. Bu barədə Trend dövlət satınalamalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, qurum daşınan SONAR sistemi ilə təchiz edilmiş bir ədəd xüsusi təyinatlı SPA 5009 gəmi platformasında (gövdə) gəmini satın alır.

Məlumata görə, artıq bununla bağlı FHN-nin Maddi Texniki Təchizat İdarəsi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, Bakı Gəmiqayırma Zavoduna 63,9 milyon manat ödəniş edilib.





Seçilən
3
9
baki-xeber.com

10Mənbələr