AZ

FHN 64 mln. manata gəmi alır

Fövqəladə Hallar Nazirliyi (FHN) gəmi alır. İqtisadiyyat.az xəbər verir ki, gəminin sifarişi ilə əlaqədar müqavilə bağlanılıb.

Belə ki, sifariş verilən gəmi daşınan SONAR sistemi ilə təchiz edilmiş xüsusi təyinatlı SPA 5009 markalıdır.

FHN ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında gəminin satın alınması məqsədilə bir mənbədən satınalma müqaviləsi imzalanıb.

Müqavilənin dəyəri isə 63 milyon 911 min 160 manat təşkil edir.

Seçilən
16
9
azpolitika.info

10Mənbələr