AZ

Danimarkadan onların torpağına "gözü düşən" Trampa etirazlar artır - "Biz satılıq deyilik"

Danimarka hökuməti ABŞ-ın yeni prezidenti Donald Trampın “Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır” bəyanatına rəsmi etiraz bəyanatı yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda Trampın adaya sahib olmaq planıı rədd olunub.

Hökumətdən bildirilib ki, dünyadakı hazırkı mürəkkəb vəziyyətdə transatlantik əməkdaşlıq çox vacib olsa da, bu, kiməsə digərinin torpağına iddiaya əsas verə bilməz: "Bizim, yəni, Danimarkanın mövqeyi Qrenlandiyanın baş naziri Mute Bourup Egedenin "Qrenlandiya satışa yox, əməkdaşlığa açıqdır" mesajı ilə eynidir. Biz dünya bvə bölgədə təhlükəsizliklə bağlı əməkdaşlığa hazırıq"

Xatırlaadq ki, Tramp dekabrın 23-də "Truth Social"dakı hesabında Qrenlandiyanın ABŞ-ın nəzarətində olmasının vacibliyini tıkarr qabardıb: "Bu, mütləq zərurətdir".
 
Qrenlandiya Baş naziri Egede isə adanıns atılıq olmadığını bəyan edib: "Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmırıq və heç vaxt da satışda olmayacağıq. Uzun zamandır azadlıq uğrundakı mübarizəmizdən də əsla vax keçən deyilik".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Seçilən
15
6
mia.az

7Mənbələr