AZ

Danimarka Trampın Qrenlandiyanı satın alma bəyanatına sərt reaksiya verib

Danimarka Trampın Qrenlandiyanı satın alma bəyanatına sərt reaksiya verib

Danimarka ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın “Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır” açıqlamalarına qarşı olduğunu bildirib.Danimarka Baş Nazirinin ofisi Trampın adaya sahib olmaqda maraqlı olduğunu ifadə edən açıqlamaları ilə bağlı suala cavab olaraq, “Hazırda yaşadığımız təhlükəsizlik və siyasi baxımdan mürəkkəb vəziyyətlərdə transatlantik əməkdaşlıq çox vacibdir” deyib.Açıqlamada Danimarkanın mövqeyinin Qrenlandiyanın baş naziri Mute Bourup Egedenin "Qrenlandiyanın satışa yox, əməkdaşlığa açıq olduğu" ifadəsinə bənzədiyi və Kopenhagen rəhbərliyinin Trampın Qrenlandiyanı almaq istəyinə qarşı olduğu diqqətə çatdırılıb.ABŞ-da hakimiyyəti təhvil almağa hazırlaşan Tramp dekabrın 23-də "Truth Social" hesabında yazdığı yazıda Qrenlandiyanın ABŞ-ın nəzarətində olması lazım olduğu ifadəsini təkrarlayıb, adaya nəzarət və sahibliyin olmasının mütləq zərurət olduğunu qeyd edib.Trampın bu sözləri bir çox dairələrin, xüsusən də Qrenlandiya rəsmilərinin sərt reaksiyasına səbəb olub.Qrenlandiya baş naziri Egede AA müxbirinə verdiyi şərhdə Qrenlandiyanın satılmadığını vurğulayaraq, "Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt satılmayacağıq. Uzun zamandır davam edən azadlıq uğrunda mübarizəmizi itirməyəcəyik” qeyd edib.

Seçilən
11
6
afn.az

7Mənbələr