Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün əməkdaşlara əməkhaqlarının 50 faizi həcmində pul mükafatı yazılıb.
Yenicag.az xəbər verir ki, bu təşəbbüs professor-müəllim, inzibati idarəetmə heyətindən tədris-köməkçi və xidmətedici heyətədək bütün əməkdaşları əhatə edib.
Qeyd edək ki, AzMİU-da əməkdaşların sosial rifah halının yaxşılaşdırılması məqsədilə bu cür təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.
Bundan əlavə 2025-ci ildən etibarən universitet əməkdaşlarının sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması çərçivəsində əməkhaqlarının artırılması planlaşdırılır.