AZ

Bu şəxslər əməkhaqlarının 50%-i qədər mükafat alacaqlar

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün əməkdaşlara əməkhaqlarının 50 faizi həcmində pul mükafatı yazılıb.

Musavat.com xəbər verir ki, bu təşəbbüs professor-müəllim, inzibati idarəetmə heyətindən tədris-köməkçi və xidmətedici heyətədək bütün əməkdaşları əhatə edib.

Qeyd edək ki, AzMİU-da əməkdaşların sosial rifah halının yaxşılaşdırılması məqsədilə bu cür təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.

Bundan əlavə 2025-ci ildən etibarən universitet əməkdaşlarının sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması çərçivəsində əməkhaqlarının artırılması planlaşdırılır.

Seçilən
1
10
musavat.com

10Mənbələr