Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni 2024-cü ilin yaşı 21-dən aşağı olan ən yaxşı futbolçularının siyahısına daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) təqvim ili üçün hazırladığı hesabatda bildirilib.
Qurum 64 liqada 2004-cü il və daha sonra anadan olmuş oyunçularla bağlı araşdırma aparıb.
Nəriman Axundzadə sağ vingerlər arasında ən çox məhsuldar ötürmə verən futbolçulardan hesab olunur. Hazırda 20 yaşı olan forvard bu göstəriciyə görə 75.1 əmsalla 7-ci pillədə qərarlaşıb.
İlk sırada Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər yer alıb. Onun əmsalı 81.4-dür.