“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin olduğu bildirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, qəza zamanı 6 nəfər sağ qalıb.
Qeyd edək ki, AZAL-ın məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
***
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, qəzada 14 nəfər sağ qalıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan beşinin vəziyyəti ağırdır.
***
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi sağ qalanların sayının 25-ə çatdığını açıqlayıb.