AZ

Qəzada sağ qalanlarla bağlı açıqlama - Yenilənib

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin olduğu bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, qəza zamanı 6 nəfər sağ qalıb. 

Qeyd edək ki, AZAL-ın məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 

***

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, qəzada 14 nəfər sağ qalıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan beşinin vəziyyəti ağırdır. 

***

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi sağ qalanların sayının 25-ə çatdığını açıqlayıb. Bildirilib ki, onlardan 22-si xəstəxanaya çatdırılıb.

***

Qazaxıstan FHN-in ən son məlumatına görə, hadisə zamanı 28 nəfər sağ qalıb.

***
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovun açıqlamasına görə, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır.

***

İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü isə Qırğızıstan vətəndaşıdır. 

Seçilən
12
7
qafqazinfo.az

10Mənbələr