Kreml Paşinyanın sammitə videokonfrans vasitəsilə qatılacağına ümid edir
Kreml COVİD testinin müsbət çıxması səbəbindən MDB-nin qeyri-rəsmi sammitinə iştirak üçün Sankt-Peterburqa gələ bilməyən Ermənistanın baş naziri Nikol Paşinyanın videokonfrans vasitəsilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak edəcəyini gözləyir.
Reyting.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ümid edirik ki, sabah Aİİ sammiti ilə planlaşdırılan hissə olacaq və o, videokonfransda iştirak edə biləcək”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.
ELÇİN