Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə nümayəndəliyin sosial şəbəkə hesablarında paylaşım olunub.
"Qazaxıstanın Aktau șəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə șəfa tapmalarını diləyirik, Avropa İttifaqı bu çətin günlərdə Azarbaycanın yanındadır", - deyə paylaşımda qeyd edilib.
Müəllif: Ceyhun Ağazadə