Avropa İttifaqı Azərbaycana başsağlığı verib
Avropa İttifaqının (Aİ) Bakıdakı Nümayəndəliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Reyting.az xəbər verir ki, bu barədə nümayəndəliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
"Qazaxıstanın Aktau șəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə șəfa tapmalarını diləyirik, Avropa İttifaqı bu çətin günlərdə Azarbaycanın yanındadır", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.