AZ

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda araşdırmalara başlanılıb

Astana, 25 dekabr, AZƏRTAC

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerə Qazaxıstan Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğun nümayəndələri gəliblər.

AZƏRTAC “Kazinform”a istinadən xəbər verir ki, hadisə yerində araşdırmalara başlanılıb.

Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə araşdırma aparılır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
5
49
azertag.az

10Mənbələr