AZ

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda cinayət işi açıldı

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerə Qazaxıstan Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğun nümayəndələri gəliblər.

Teleqraf.com“Kazinform”a istinadən xəbər verir ki, hadisə yerində araşdırmalara başlanılıb.

Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Seçilən
8
6
teleqraf.com

10Mənbələr