AZ

Qazaxıstan Hökumət Komissiyası qəza yerinə getdi - FOTO


Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə əlaqədar Hökumət Komissiyası yaradılıb.

Bakupost.az xəbər verir ki, komissiyaya rəhbərlik Baş nazirin müavini Kanat Bozumbayevə tapşırılıb.

Artıq komissiyanın üzvləri Aktauya gələrək hadisə yerinə baxış keçiriblər. Daha sonra sədr K. Bozumbayevin yaralıları ziyarət edəcəyi, Azərbaycandan olan nümayəndə heyəti ilə görüşəcəyi, eləcə də Operativ Qərargahın iclasını keçirəcəyi gözlənilir.



Seçilən
16
6
bakupost.az

7Mənbələr