AZ

Qazaxıstanın Hökumət Komissiyası qəzanın baş verdiyi əraziyə gedib -FOTO

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə əlaqədar Hökumət Komissiyası yaradılıb.

 

Senzor.az bildirir ki, komissiyaya rəhbərlik Baş nazirin müavini Kanat Bozumbayevə tapşırılıb.

 

Artıq komissiyanın üzvləri Aktauya gələrək hadisə yerinə baxış keçiriblər. Daha sonra sədr K. Bozumbayevin yaralıları ziyarət edəcəyi, Azərbaycandan olan nümayəndə heyəti ilə görüşəcəyi, eləcə də Operativ Qərargahın iclasını keçirəcəyi gözlənilir.

Seçilən
9
6
senzor.az

7Mənbələr