AZ

Təyyarə qəzasında xəsarət alanların son durumu açıqlandı

Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında xəsarət alanların son durumu açıqlanıb.

AzEdu.az-ın məlumatına görə, Qazaxıstan Səhiyyə Nazirliyinin yerli idarəsi bildirib ki, 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.

Bildirilib ki, qəzada xəsarət alan azyaşlılar əməliyyat olunacaq.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

 

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.

Seçilən
4
50
azedu.az

10Mənbələr