AZ

Təyyarə qəzasında xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağırdır - FHN-nin həkimi

Bakı. Trend:

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəriyaxınlığında qəzaya uğramasından sonra Prezident İlham Əliyevintapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin,xilasetmə qüvvələrinin əməkdaşları xüsusi texnikalarla hadisəyerində fəaliyyət göstərirlər.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə HallarNazirliyinin tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.

Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloqqrupu zərərçəkmişlərlə görüşüb, onlara psixoloji xidmətgöstərib.

“Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Manqistauregional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqaxəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağırqiymətləndirilir”, - deyə o bildirib.

N.Pənahova qeyd edib ki, vəziyyəti normal olan xəstələrin yaxınzamanda Bakıya köçürülməsi gözlənilir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Qazaxıstanhəkimləri, həmçinin, Azərbaycan və Rusiyadan ezam olunmuş peşəkarhəkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmıştibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.

Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3nəfər sağ qalıb.

Seçilən
5
50
az.trend.az

10Mənbələr