AZ

Təyyarə qəzaları: eyni ölkədə, eyni tarixdə iki faciəvi hadisə ARAŞDIRMA/VİDEO

Qazaxıstanda 12 il əvvəl və bugünkü tarixdə iki təyyarə qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bu gün Aktau yaxınlığında baş verən "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəzası son 15 ildə Qazaxıstanda baş verən dördüncü belə hadisədir.

25 dekabr 2012-ci ildə Şımkent yaxınlığında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin "An-72" təyyarəsi qəzaya uğrayır, o zaman göyərtədə olan 27 nəfərin hamısı həlak olur. Bir ay sonra, 29 yanvar 2013-cü ildə Kokşetaudan uçan SCAT aviaşirkətinin təyyarəsinin Almatı hava limanı yaxınlığında qəzaya uğramasi nəticəsində isə 21 nəfər həlak olur. 27 dekabr 2019-cu il tarixində  də Astanaya uçan "Bek Air" aviaşirkətinin "Fokker 100" təyyarəsi Almatıda qəzaya uğrayıb. Baş verən qəza nəticəsində 3 nəfər həlak olub.

2019-cı ildə Efiopiyayaya məxsus  “Boeing 737” tipli təyyarə Bişoftu şəhəri yaxınlığında qalxdıqdan sonra qəzaya uğrayıb, nəticədə 157 nəfər dünyasını  dəyişib.

Bundan bir il əvvəl, 2018-ci ildə   İndoneziyaya  məxsus "Boeing 737 Max" tipli  təyyarə Qərbi Yava sahillərində suya çırpılaraq parçalanıb, 185 şəxs ölüb.

Malayziyaya  məxsus “Boeing 777-200” təyyarəsi isə 2014-cu ildə Hind okeanı  üzərində Kuala Lumpurdan Pekinə uçarkən radarlarından itib. 239 nəfər dünyasını dəyişib.

Aviasiya tarixində çox sayda insanın həyatını itirməsi ilə nəticələnən təyyarə qəzalarından biri də 2009-cu ildə 228 sərnişinin həyatını itirməsinə səbəb oldu. “Air France Flight 4472 Rio de Janeyrodan Parisə gedən uçuşunda Atlantik Okeanı üzərində uğursuz bir şəkildə havada idarəetməni itirdi. Hadisənin səbəbi isə hava sürətinin yanlış oxunması, pilotların yanılmaları və texniki nasazlıqlar nəticəsində olub.

2024-cü ildə dünyada çoxlu sərnişin təyyarəsi qəzası baş versə də, ən çox ölümlə nəticələnən qəza Braziliyada baş verib. Avqustun 9-da Braziliyanın Kaskavel şəhərindən Quarolhusa gedən Voepass Hava Yollarına məxsus “ATR-72” tipli sərnişin təyyarəsi San-Paulu əyalətinin şimalındakı Vinhedo şəhərində yaşayış məntəqəsinə çırpılıb. Qəza nəticəsində 58 sərnişin və 4 ekipaj üzvü olmaqla ümumilikdə 62 nəfər həlak olub.

Statistik məlumatlara əsasən, ötən il dünya üzrə qurbanların sayı 111 nəfər olmaqla 7, 2022-ci ildə 168 nəfər olmaqla 3 , 2021-ci ildə  isə 158 nəfər olmaqla 4 təyyarə qəzası baş verib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının  hesabatına əsasən hər 830 min uçuşa bir qəza düşür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
50
xezerxeber.az

10Mənbələr