Olaylar.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Dinara Nurqaliyeva bildirib.
O, qeyd edib ki, qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir.
D. Nurqaliyevanın sözlərinə görə, hazırda Azərbaycan, Qazaxıstan və Rusiya arasında onlayn formada informasiya mübadiləsi aparılır: "Qazaxıstanın fövqəladə hallar naziri hadisə yerindədir. Baş verən qəza ilə bağlı aparılan istintaq işinin nəticəsinə görə yekun məlumat veriləcək".
Nazirlik rəsmisi bildirib ki, hazırda xəstəxanada 29 yaralı var, onlardan ikisi uşaqdır.
Qeyd edək ki, hadisə yerinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Hadisə yerindən görüntüləri təqdim edirik: