AZ

AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb

Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb. Pilotlarımız peşəkar olublar, 10 min saatdan çox uçuş ediblər.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.

“Təyyarə oktyabr ayında tam təmirdən çıxıb. Texniki nasazlıq olmayıb”, - Samir Rzayev bildirib.
 

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.

Bizim.Media

Seçilən
4
1
bizim.media

10Mənbələr