Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişin və ekipaj üzvlərinin xatirəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında anılır.
E-huquq.az xəbər verir ki, bu barədə Hava Limanının sosial şəbəkə hesabında paylaşım edilib.
Bununla bağlı Bakı aeroportunda, Terminal 2-nin cənub girişində xatirə stendi quraşdırılıb. Stendə gül dəstələri düzən ziyarətçilər qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhlarına dualıar oxuyur,xatirələrini yad edirlər.
Həmin görüntüləri təqdim edirik: