Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişin və ekipaj üzvlərinin xatirəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında anılır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı aeroportunda, Terminal 2-nin cənub girişində xatirə stendi quraşdırılıb.
Stendə gül dəstələri düzən ziyarətçilər qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhlarına dualar oxuyur, xatirələrini yad edirlər.
Fotolar: Pərvin Zeynal