Demokrat.az-ın əldə etdiyi məlumata görə, Oruc Xaçmaz rayon Məhkəməsinin 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, Xətai rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzadan azad olunub.
Oruc həmin məhkumluğu ödənmədiyi və götürülmədiyi halda 1 noyabr 2023-cü ildə, saat 17:00-da Xudat-Nabran avtomobil yolunun Xudat şəhərindən keçən hissəsində avtomobil körpüsünün sağ kənarından Xaçmaz şəhəri istiqamətində 400 metr məsafədə yerləşən metal vaqonun yaxınlığında tanışı Samirin ondan yeyəcəyi, sonradan ətlərini satacağı şəxslərin adlı siyahısını tələb etməsindən imtina etdiyinə görə aralarında yaranmış mübahisəni bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan Samiri öldürmək qərarına gəlib.
Bu məqsədlə Oruc Samiri yerə yıxaraq sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruq və təpik zərbələri vurub. Sonra üzərində gəzdirdiyi cib bıçağı ilə onun boğaz nahiyəsinə qəsdən 2 dəfə zərbə vurub. Samir aldığı zərbələr nəticəsində vəfat edib.
Hadisəni törədən Orucun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Oruc ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü il tarixdə saat 17:00-da dostu Salamat ilə görüşüb, onlar birlikdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən şərab evlərindən birində 0,5 litrlik çaxır alıb, daha sonra bir neçə ədəd kartof alaraq Xudat-Nabran avtomobil körpüsünün sağ tərəfində yerləşən vaqonun yanına gediblər: “Mənim 10 qəpik pulum qaldı. Mən Salamata həmin 10 qəpik pulu verərək çörək almasını, mənim isə Salamat gələnə kimi kartofları bişirəcəyimi dedim. Bir az sonra Samir də oraya gəldi. Samirin əlində 1 litrlik çaxır olub. Mənim Samirdən xoşum gəlməsə də, onun bizimlə yemək yeməsinə etiraz etmədim. Samir vaqonun qarşısında oturdu. Mən isə orada ocaq qalayaraq aldığımız kartofları bişirməyə başladım. Həmin vaxt həmçinin aldığım çaxırdan da içdim. Samir də öz aldığı çaxırdan içdi. Samir mənə 20 nəfərin olduğu adlı siyahı verməyimi dedi. Həmin 20 nəfərdən birinin rəis Vüqar olduğunu, qalan 19 nəfəri isə özü tapıb yazmağımı istədi. Bunun qarşılığında mənə pul verəcəyini dedi. Samirə etiraz etdim və nə üçün məndən adlı siyahı istədiyini soruşdum. Samir həmin adamları kəsib yeyəcəyini və satacağını qeyd etdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Samir heç bir səbəb olmadan onun sifət nahiyəsinə 3-4 dəfə yumruq zərbəsi vurub: “Mən yerə yıxıldıqda isə təpik zərbələri endirdi. Samirin bu hərəkətinə görə əsəbləşdim. Samiri yerə yıxaraq sifət nahiyəsinə dəfələrlə yumruq zərbəsi vurdum. Daha sonra Samirin sifət nahiyəsinə təpik zərbələri endirməyə başladım. Sonra isə artıq Samiri mənə qarşı etdiyi hərəkətə görə cəzalandırmaq və öldürmək qərarına gəldim. Samiri öldürmək məqsədilə daim üzərimdə gəzdirdiyim bıçaq vasitəsilə onun boğaz nahiyəsinə iki ədəd bıçaq zərbəsi vurdum. Samirin bununla ölməyəcəyini gördükdə yerdə olan mişar daşı vasitəsilə Samirin sifət nahiyəsinə dəfələrlə vurdum. Samirin öldüyünə əmin olduqdan sonra isə oranı tərk edərək yaşadığım evə getdim. Paltarlarım qan olduğuna görə paltarlarımı yudum. Bıçağı evə qoydum və daha sonra da evi tərk etmədim”.
Orucun ifadəsinə görə, 2 noyabr 2023-cü ildə, günorta saatlarında Xaçmaz rayonu, Xudat şəhərində yerləşən şərab evlərinin birindən yarım litr miqdarında çaxır alıb və evə gedib: “Bir neçə saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığım evə gələrək məni Xudat Polis Bölməsinə apardılar. Mən orada olarkən Samiri öldürdüyümü etiraf etdim. Samiri öldürdüyümə görə peşman olmamışam”.
Oruc bildirib ki, Samiri hadisədən bir neçə gün əvvəl idi tanıyıb, onların arasında mübahisələr olub, lakin bu vaxta kimi dava-dalaş olmayıb: “Hadisə zamanı istifadə etdiyim bıçağı nə vaxt aldığımı xatırlamamışam. Həmin bıçağı evdə-eşikdə istifadə etmək üçün almışam və daim üzərimdə gəzdirmişəm. Mən Samiri öldürmək məqsədilə ona yumruq, təpik vuraraq bıçaq və mişar daşı ilə xəsarət yetirmişəm. Samir ölənədək sonuncuya xəsarət yetirməyə davam etmişəm. Hadisə zamanı istifadə etdiyim bıçaq qara rəngli olmaqla açılıb qatlanan bıçaq olub. Hadisə zamanı yanımızda heç bir şəxs olmayıb. Hadisə baş verməzdən əvvəl Salamat orada olub. Lakin hadisə baş verən ərəfədə Salamat çörək almaq üçün marketə getmişdi və daha sonra da gəlməmişdi. Mən Samiri təkbaşına öldürmüşəm və Samiri öldürməyimi heç bir şəxs görməyib. Salamata və ya hər hansı şəxsə Samiri öldürməyim ilə bağlı məlumat verməmişəm. Hadisə zamanı Samir məni sifət nahiyəmdən vurub. Mən xəsarət almışam. Hadisə günü spirtli içki qəbul etmişəm. Lakin narkotik vasitə qəbul etməmişəm”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Oruc 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
turkustan.az“Yaşlı adamam, qarışdırmışam” - Rüşvətə, mənimsəməyə görə tutulan direktorun İFADƏSİ ( 14574739)
-
tehsil.biz55 yaşlı məktəb direktorunun cinayət işinin təfərrüatı... ( 14574701)
-
musavat.com“Yaşlı adamam, qarışdırmışam” - Rüşvətə, mənimsəməyə görə tutulan direktorun İFADƏSİ ( 14574469)
-
milli.az"Qubad İbadoğlu hər məzuna görə mənə 200 dollar verəcəkdi" - MƏHKƏMƏ ( 14429269)
-
arqument.az“Rail Abbasov Bəxtiyar Hacıyevin dostu olduğuna görə cəzalandırılıb” ( 14398198)
-
demokrat.azXudatda 55 yaşlı kişi özündən 18 yaş kiçik tanışını niyə qətlə yetirib? — TƏFƏRRÜAT ( 14386924)
-
viral.azHəmin direktorun diplomu saxta imiş ( 14202643)
-
news24.azBağlar massivində 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi ( 14168473)
-
medianews.az33 yaşlı kişi ikinci sinif şagirdi ilə intim əlaqədə olmaq istədi ( 14159272)
-
seherxeber.orgAzərbaycanda 33 yaşlı kişi ikinci sinif şagirdi ilə intim əlaqədə olmaq istədi ( 14156215)