AZ

“Təyyarə qəzasına səbəb Rusiya raketi olub”

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raket olub”.

Bu barədə məlumatı Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən “Euronews” yayıb.

Mənbə bildirib ki, raket Qroznı üzərində pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduğu zaman buraxılıb.

Qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən buraxılan raket hava gəmisinin yaxınlığında partladıqda qəlpələri təyyarəni zədələyib.

Məlumata görə, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enməyə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətində getməsi bildirilib. Həmçinin qeyd edilib ki, dəniz üzərində bütün uçuş boyu təyyarənin GPS naviqasiya sistemi bloklanıb.

“AnewZ” portalı isə raketin “Pantsir-S” sistemi vasitəsilə buraxıldığını yazıb.

Seçilən
2
5
sportinfo.az

10Mənbələr