AZ

ABŞ-da quş qripi mutasiyası aşkar edilib

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə ilk ciddi xəstəlik hadisəsi olan bir xəstədə quş qripi mutasiyası aşkarlayıb.

Editor.az bu barədə Reuters-ə istinadla xəbər verir. CDC xəstənin yoluxmuş quşlarından götürülmüş nümunələrdə müəyyən edilmiş mutasiyaya rast gəlinmədiyini vurğulayıb. Nazirlik qeyd edib ki, virus daşıyıcısının orqanizmindəki hüceyrələrə bağlanmada əsas rol oynayan genlərdən biri olan hemaqlütinində yoluxmuş nümunələrdə dəyişikliklər müşahidə olunub.

Bildirilir ki, 65 yaşlı Luiziana sakinində quş qripinə yoluxma ilə bağlı ciddi xəstəlik aşkarlanıb. Ona bu yaxınlarda ABŞ-da vəhşi və ev quşlarında aşkar edilmiş virusun D1.1 ştammı diaqnozu qoyulub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
43
2
editor.az

3Mənbələr