AZ

ABŞ-da H5N1 quş qripindən ilk ölüm qeydə alınıb

ABŞ-da H5N1 tipli quş qripindən ilk ölüm halı ABŞ-ın Luiziana ştatında qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə ölkənin yerli səhiyyə departamenti xəbər yayıb. Şöbədən verilən məlumata görə, xəstənin 65 yaşdan yuxarı olduğu və əlavə xəstəlikləri olduğu öyrənilib. Onun çöl və ev quşları ilə təmasda olduqdan sonra quş qripinə yoluxduğunu açıqlayıblar.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonlarında ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) ölkədə ilk ağır xəstəlik halı olan bir xəstədə quş qripi mutasiyasını aşkar etdiyi bildirilib. 65 yaşlı Luiziana sakinində quş qripinə yoluxma ilə bağlı ciddi xəstəlik aşkarlanıb. CDC-yə görə, müəyyən edilmiş mutasiya xəstənin yoluxmuş quşlarından nümunələrdə mövcud deyildi. Nazirlik qeyd edib ki, virus daşıyıcısının orqanizmindəki hüceyrələrə bağlanmada əsas rol oynayan genlərdən biri olan hemaqlütinində yoluxmuş nümunələrdə dəyişikliklər müşahidə olunub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
40
2
editor.az

3Mənbələr