AZ

Volodimir Zelenski Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski "Azərbaycan HavaYolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması iləəlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Trend xəbər verirki, bu barədə o, "X" sosial media hesabı vasitəsilə paylaşımedib.

"“Azərbaycan Hava Yolları”-na məxsus təyyarənin dəhşətli qəzasıilə bağlı daha çox təfərrüatlar məlum olur. Azərbaycan Prezidentiİlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm.

Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqətimüəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.

Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görəməsuliyyət daşıdığını göstərir.

Əgər Rusiya MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, bizhəqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütünbeynəlxalq təzyiqləri birləşdirməliyik", - paylaşımda qeydolunub.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.

Seçilən
77
41
az.trend.az

10Mənbələr