ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etdi
ABŞ hakimiyyəti “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bunu dövlət katibi Antoni Blinken yazılı açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ İvanişvilini Rusiyanın maraqları naminə Gürcüstanın demokratik və Avroatlantik gələcəyinə zərbə vurmaqda ittiham edir.
Qeyd edək ki, sanksiya siyahısına daxil edilməsi İvanişvilinin ABŞ-dakı aktivlərinin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin onunla biznes fəaliyyətinin qadağan edilməsi deməkdir.