AZ

ABŞ daha iki Rusiya vətəndaşına sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi iki Rusiya vətəndaşını və bir elmi-analitik mərkəzi sanksiya siyahısına əlavə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika departamentinin bəyanatında məlumat verilib.

Məlumata görə, Valeri Korovin və Olesya Mendeleeva, habelə Moskva Geosiyasi Ekspertiza Mərkəzi sanksiyaya məruz qalıb .

ABŞ Xəzinədarlığının tətbiq etdiyi sanksiyalar ABŞ-ın nəzarəti altında olan aktivlərin dondurulmasını, müəyyən şəxslər və təşkilatlarla hər hansı maliyyə əməliyyatına qadağa qoyulmasını nəzərdə tutur.


Müəllif: Arzu
Seçilən
106
4
teleqraf.com

10Mənbələr