AZ

Xaçmazda 76 yaşlı kişi müalicəvi hovuzda öldü

Xaçmaz rayonunun 4-cü şöbə yaşayış massivində yerləşən mineral su hovuzunda ölüm qeydə alınıb.

KONKRET.az xəbər verir ki, müalicə məqsədilə hovuzda dincələn 1948 – ci il təvəllüdlü Myakuş Vladimir Aleksandr oğlu qəfil huşunu itirib. Yaxınlıqdakı insanların köməyi ilə hovuzdan çıxarılan V.Myakuşun öldüyü məlum olub.

Onun meyidi Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.//Unikal

Seçilən
75
10
konkret.az

10Mənbələr