AZ

Xaçmazda 76 yaşlı kişi hovuzda ölüb

Xaçmaz rayonunun 4-cü şöbə yaşayış massivində yerləşən mineral su hovuzunda ölüm qeydə alınıb.

Müalicə məqsədilə hovuzda dincələn 1948-ci il təvəllüdlü Myakuş Vladimir Aleksandr oğlu qəfil huşunu itirib.

Yaxınlıqdakı insanların köməyi ilə hovuzdan çıxarılan V.Myakuşun öldüyü məlum olub.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
 
 

Seçilən
52
10
7news.az

10Mənbələr