Türkiyə beynəlxalq ictimaiyyəti İsraili təzyiqləri artırmağa çağırıb.
“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi dünya ictimaiyyətini İsrailin regionda gərginliyi daha da artıracaq hərəkətlərinə qarşı lazımi tədbirlər görməyə çağırıb.
Türkiyə XİN rəhbərliyi İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə basqını pisləyib:
“Biz İsrail nazirinin təhlükəsizlik qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya hücumunu şiddətlə qınayırıq”.
Nazirlik bildirib ki, Qəzzada davam edən soyqırım, İsrail hakimiyyətinin Əl-Əqsa məscidinin tarixi status-kvonunu dəyişdirməyə yönəlmiş təxribatçı hərəkətləri regional təhlükəsizliyə və sabitliyə təhlükə yaradır.
Qeyd edək ki, Ben-Qvir İsrail polisinin müşayiəti ilə cümə axşamı səhər tezdən işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın həyata keçirib.