AZ

Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlar üçün 1,5 mindən çox insan qan verib

Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alanlar üçün Qazaxıstanda 1,5 mindən çox insan qan verib.

"İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Akmaral Alnazarova Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi altında keçirilən müşavirədə bildirib.

"800 litr qan verilib. Aktauda 490, Astanada 600-dən çox, Şımkentdə 125, Aktobedə 109, Jetısuda 49, Karaqandada 40, Şərqi Qazaxıstan vilayətində 34 nəfər donor məntəqələrinə gəlib", - o qeyd edib.

Seçilən
3
2
ikisahil.az

5Mənbələr