AZ

Qəzada xəsarət alanlar üçün 1,5 mindən çox insan qan verib

Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alanlar üçün Qazaxıstanda 1,5 mindən çox insan qan verib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Akmaral Alnazarova Prezident Qasım-Jomart Tokayevin rəhbərliyi altında keçirilən müşavirədə bildirib.

"800 litr qan verilib. Aktauda 490, Astanada 600-dən çox, Şımkentdə 125, Aktobedə 109, Jetısuda 49, Karaqandada 40, Şərqi Qazaxıstan vilayətində 34 nəfər donor məntəqələrinə gəlib", - o qeyd edib.

Seçilən
4
2
axar.az

5Mənbələr