AZ

Rusiya aviaşirkəti Azərbaycana reysləri ləğv etdi


Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edib.
Yeniavaz.com
“İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aviaşirkət Mineralnıye Vodıdan Bakı və Gəncəyə, eləcə də Soçidən Bakıya reysləri ləğv edib.
Mətbuat xidmətinin məlumatına görə, buna səbəb Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi olub.
Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiyaya uçuşları dayandırıb.
AZAL da Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq, Vladiqafqaz, Qroznı və Mahaçqala şəhərləri daxil olmaqla Bakıdan Rusiyanın 10 şəhərinə uçuşları ləğv edib.
Uçuşları Rusiyaya ləğv edən aviaşirkətlər arasında Qazaxıstanın “Qazaq Air” (Astanadan Yekaterinburqa), İsrailin “El Al” (Tel-Əvivdən Moskvaya), Birləşmi.Ərəb Əmirliklərinin “Flydubai” (Dubaydan Soçi və Minvodıya) şirkətləri də var.
Seçilən
71
10
yeniavaz.com

10Mənbələr