“Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edib.
Bu barədə“İnterfaks“a istinadən xəbər verir.
Məlumata görə, şirkətin Mineralnıye Vodıdan Bakı və Gəncəyə, eləcə də Soçidən Bakıya reysləri Azərbaycanın aviasiya hakimiyyət orqanlarının uçuş icazəsinin ləğv edilməsi ilə bağlıdır.
Dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiya Federasiyasına uçuşları dayandırıb. Onların arasında AZAL-ın özü (Bakıdan Rusiya Federasiyasının 10 şəhərinə uçuşlar ləğv edilib), eləcə də Qazaxıstanın “Qazaq Air” (Astanadan Yekaterinburqa), İsrailin El Al (Tel-Əvivdən Moskvaya), Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” (Dubaydan Soçi və Mineralnıye Vodıya) şirkətləri var.
Heydər Əliyev Beynəlxalq Aeroportundan da məlumatı təsdiqləyiblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta