Rusiya İstintaq Komitəsi tərəfindən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması) ilə cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaq hərəkətləri həyata keçirilir, mülki və hərbi mütəxəssislər dindirilir:
“Hazırda Azərbaycanın Baş Prokurorluğunun Qroznıda olan iki əməkdaşı Qroznıya ezam edilərək, Rusiyanın Baş Prokurorluğunun və Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər aparır. Həmçinin Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq strukturları Aktau şəhərinin qəzanın baş verdiyi ərazisində birgə fəaliyyət göstərirlər”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta