AZ

Məşhur tarixçi alimə qarşı ikinci dəfə cinayət işi açıldı

Rusiyada məşhur tarixçi alim Tamara Eydelmana qarşı nasizmin reabilitasiyası ilə bağlı ikinci cinayət işi açılıb.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Dövlət agentliyi xəbəri hüquq-mühafizə orqanlarındakı mənbələrdən aldığını bildirir. Yeni cinayət işinin açılmasının hansı səbəbdən olduğu dəqiqləşdirilməyib.

Eydelmana qarşı nasizmin reabilitasiyası maddəsi üzrə ilk iş 2024-cü ilin iyununda açılıb. Cinayət təqibinə səbəb onun yutub kanalında dediyi tarixi mühazirələr olub. İstintaq Komitəsi videolardan birində tarixçinin konkret hansı ifadəsinin müzakirə olunduğunu izah etmədən “Hərbi Şöhrət Gününə açıq-aşkar hörmətsizlik” əlamətlərini gördüyünü bildirib.

Seçilən
17
1
olke.az

10Mənbələr