AZ

Qazaxıstan təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib

Qazaxıstan Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib.

Turkustan.az xəbər verir ki, "TengriNews" bu barədə dekabrın 28-də baş nazirin müavini, hökumət komissiyasının rəhbəri Kanat Bozumbayevə istinadən məlumat yayıb.

“Ümumilikdə 17 beynəlxalq ekspert işləyəcək. Komissiya şəffaf və açıq şəkildə işləyəcək ki, heç kimdə şübhə olmasın”- deyə, baş nazirin müavini qeyd edib.

Onun sözlərinə görə, komissiyanın işinə Azərbaycandan altı ekspert, istehsalat şirkətindən (Embraer) iki nəfər cəlb olunub.

Bundan əlavə, Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) üç mütəxəssisi, Dövlətlərarası Aviasiya Komitəsindən (IAC) üç nəfər və Rusiyadan bir neçə ekspert iştirak edib.

Bozumbayev onu da əlavə edib ki, komissiya Mangistau vilayətində çöl tədqiqatları və analitik işlər aparır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
50
turkustan.az

10Mənbələr