AZ

Qazaxıstan təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq eksperti cəlb edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qazaxıstan Aktau yaxınlığında baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib".
Oxu.Az-ın "Tengrinews"a istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan baş nazirinin müavini və hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev deyib.
Baş nazirin müavininin sözlərinə görə, hazırda araşdırmanı nəqliyyat nazirinin əmri ilə yaradılmış aviasiya qəzası komissiyası aparır.
"Komissiyanın işinə Azərbaycandan 6 nəfər, istehsalçı şirkətdən (Embraer) 2 nəfər ekspert cəlb olunub. Həmçinin bu gün Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) 3 mütəxəssisi işə başlayıb. Dövlətlərarası Aviasiya Komitəsindən (IAC) 3 nəfər, Rusiya Federasiyasından 2 nəfər işləyir", - deyə baş nazirin müavini bildirib.
Bozumbayevin vurğuladığı kimi, komissiya Mangistau vilayətində fəal şəkildə çöl tədqiqatları və analitik işlər aparır.
"Sabah biz ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) ekspertini gözləyirik", - deyə o bildirib.
Seçilən
3
2
oxu.az

10Mənbələr