AZ

Qazaxıstan və Rusiya prezidentləri Aktauda qəzaya uğrayan təyyarənin vəziyyətinin araşdırılmasını müzakirə ediblər

Astana. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya PrezidentiVladimir Putin arasında telefon danışığı olub.

Trend QazaxıstanPrezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlətbaşçıları Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”(AZAL) təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı iləbağlı başsağlığı veriblər.

"Tərəflər təyyarənin qəzaya uğrama şəraitinin araşdırılmasıistiqamətində görülən işləri müzakirə ediblər. Kasım-Jomart Tokayevqeyd edib ki, Qazaxıstan Respublikasında yaradılmış HökumətKomissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssisləricəlb etməklə araşdırmaları davam etdirir.

Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsindəhərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyinivurğulayıblar", - məlumatda vurğulanıb.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.

Seçilən
30
5
az.trend.az

10Mənbələr