Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaqlar.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.