AZ

İlham Əliyev və xanımı vida mərasiminə əklil göndərdi

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.

Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaqlar.

Seçilən
4
49
avtosfer.az

10Mənbələr