Cənubi Koreyanın Muan hava limanında Jeju Air aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb.
Bu barədə “Yonhap” yanğınsöndürənlərə istinadən məlumat yayıb.
Daha əvvəl məlum olub ki, hadisə şahidləri qəzadan əvvəl təyyarənin sağ qanadında yanğın müşahidə ediblər.
Təyyarə qəzası dekabrın 29-u səhər saatlarında baş verib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb, bundan sonra yanğın başlayıb.
DOĞRU.AZ