Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan təyyarənin sərnişini faciədən bir müddət əvvəl qohumuna quşla toqquşma barədə məlumat verib.
Publika.az xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.
O, yerli vaxtla səhər saat 9 radələrində yazıb: "Quş vurdu, biz yerə enə bilmirik".
Qohumunun bunun nə vaxt baş verdiyini soruşduqda, sərnişin “indi” cavabını verib və əlavə edib ki, bəlkə də vəsiyyət etmək vaxtıdır.