Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan kapitan pilot İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.
Missiya.Az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.